Menu

Niger ordusu “Boko Haram”a divan tutdu: 100 ölü

07.02.2015, 09:10
Niger ordusu “Boko Haram”a divan tutdu: 100 ölü

Nigerin silahlı qüvvələri “Boko Haram” qruplaşmasının 109 silahlısını məhv ediblər.

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nigerin müdafiə naziri bildirib.

Onun sözlərinə görə, terrorçuların hücumu nəticəsində 4 hərbi qulluqçu həlak olub, 17 nəfər yaralanıb. Dinc sakinlər arasında da ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, bu, “Boko Haram” terror qruplaşmasınin Niger ərazisinə ilk hücumudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol