Menu

"Onlar bütün Rusiyanı tuta bilərlər" - Saakaşvili

07.02.2015, 18:00
"Onlar bütün Rusiyanı tuta bilərlər" - Saakaşvili

“Əgər Ukrayna ordusuna lazım olan bilik və silah verilsə, o zaman onlar bütün Rusiyanı tuta bilərlər”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib. O, Ukraynanın əsas probleminin tank əleyhinə silahlarının köhnəlməsini göstərib:

“Amerikalılar hazırdırlar ki, bizə silah versinlər. Onlar pilotsuz təyyarələr və artilleriya verməyə də hazırdırlar. Amerikalıların hazırladığı gürcü hərbçilər indi sizin əsgərləri yetişdirirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol