Menu

Bakıda metro polisi telefon oğrusu tutdu

07.02.2015, 12:54
Bakıda metro polisi telefon oğrusu tutdu

Keşmiş məhkum Bakı metrosunda oğurluq edib.Bakı Şəhər Baş Polis İdarəsindən Virtualaz.org-a verilən məlumata görə, fevralın 4-də saat 12:40 radələrində metronun “28 May” stansiyasında Bakı şəhər sakini Afi Aslanovanın cibindən mobil telefonu oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin Cinayət axtarış qrupu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Rasim Nəcəfov tutulub.

Qeyd edək ki, R.Nəcəfov əvvəllər də məhkumluq həyatı yaşayıb

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol