Menu

İŞİD-dən Türkiyədə bir ilk

07.02.2015, 16:06
İŞİD-dən Türkiyədə bir ilk

Türkiyədə İŞİD terror təşkilatının nümayəndəsi polisə təslim olub. ANS-in məlumatına görə, Şanlıurfanın Suruç kəndində bir İŞİD-çi silahı-sursatı ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olub.

Baş Qərargahdan verilən məlumata görə, terrorçu polisə özü təslim olub. İŞİD-çinin üzərindən bir ədəd Kalaşnikov tüfəngi, bu silaha aid yeddi ədəd daraq götürülüb.

Bununla yanaşı, terrorçunun üzərinə baxış zamanı 180 ədəd fişəng də aşkarlanıb.

Qeyd edək ki, hazırda İŞİD-ə qarşı Suriya və İraqda amansız mübarizə aparılır. Koalisiya qüvvələri terrorçulara havadan ağır zərbələr endirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol