Türkiyənin Afinadakı səfiri Kərim Uras Selanik bələdiyyə sədrinin başlatdığı “Atatürkün doğulduğu ev” müzakirələrinə son nöqtəni qoyub. Musavat.com-un məlumatına görə, səfir Lanqaqadakı evin Atatürkün doğulduğu ev olmadığını bildirib. Səfir həmçinin qeyd edib ki, bu ev Atatürkün anası Zübeydə xanımın doğulduğu evdir.
Yünanıstanın Selanik şəhərində Türkiyə konsulluğuna bitişik olan evin Atatürkün doğulduğu ev olduğunu və muzey kimi istifadə olunduğunu bildirən səfir bu barədə ən xırda tərəddüd belə olmadığını vurğulayıb.
Qeyd edək ki, Selanik bələdiyyə sədri Yannis Boutaris Yunanıstanın Selanik şəhəri yaxınlığındakı Lanqaqada Türkiyə Cumhuriyyətinin lideri Mustafa Kamal Atatürkün doğulduğu evin tapıldığını bildirmişdi.


Şərhlər