Menu

Ukraynada separatçılar hücuma keçdi

07.02.2015, 20:08
Ukraynada separatçılar hücuma keçdi

Angela Merkel sülh təşəbbüsünün iflasından danışdı

“Reuters”in Kiyevdən verdiyi xəbərdə deyilir ki, rusiyapərəst separatçılar Ukrayna hökumətinə bağlı hərbi birlikləri top atəşi altında saxlayırlar. Tərəflər arasında bütün sərhəd boyu ağır döyüşlər gedir.

Dəmiryolu baxımından açar şəhər sayılan Debaltseve Mariupol yaxınlığındadır. Separatçılar həmin şəhəri ələ keçirmək üçün şənbə günü hücuma keçiblər.

“ Son 24 saatda 5 nəfər ukraynalı əsgər öldürülüb, 26 nəfər isə yaralanıb ” - deyə mətbuat katibi Vladimir Polovoy bəyanatla çıxış edib. Agentlik qeyd edir ki, Fransa-Almaniya sülh təşəbbüsünün müzakirə olunduğu bir vaxtda separatçıların Debaltsevi ələ keçirmək cəhdləri nümayiş etdirməsi ortaya xeyli suallar çıxarır.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Fransua Ollandla birlikdə Kremldə Vladimir Putinlə cümə günü danışıqlar aparmışdı. Kansler şənbə günü Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik konfransında bəyan edib ki, sülh təşəbbüsünün uğur

qazanacağı ilə bağlı heç bir təminat yoxdur.

Agentlik qeyd edir ki, Ukraynada separatçılar silahlı mübarizəyə aprel ayından bəri qalxıb. O vaxtdan indiyə kimi Ukrayna tərəfi 5 min nəfərdən çox itki verib. Belarusun paytaxtı Minskdə sentyabrda əldə olunmuş atəşkəs razılığı demək olar ki, hər gün pozulur.

Separatçılar Debaltsevi ələ keçirməklə nəzarət etdikləri iri şəhərlər arasında dəmiryol əlaqəsi yaratmaq istəyirlər. Ukrayna tərəfi də separatçıların bu planından xəbərdardır. Ona görə də Debaltseve şəhərini qorumaqda əzmkarlıq nümayiş etdirirlər.

Hazırda Ukraynada olan ABŞ-ın vitse-prezidenti Cozef Bayden deyib: "Bizə sülh haqqında danışma, bizə göstər ki, sülh istəyirsən, prezident Putin". (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol