Menu

ATƏT rəhbərliyindən həyəcanlı Qarabağ bəyanatı

07.02.2015, 21:18
ATƏT rəhbərliyindən həyəcanlı Qarabağ bəyanatı

ATƏT-in hazırkı sədri İviç Daçiç fevralın 7-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Musavat.com xarici informasiya qaynağına istinadən xəbər verir ki, görüşdə ATƏT-in baş katibi Lamberto Zanyer və təşkilatın Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.

“Biz hamımız o fikirlə razıyıq ki, erməni-Azərbaycan təmas xəttində və sərhədində hərbi situasiya pisləşir ki, bu da regional sabitliyə və mülki insanların həyatına təhlükə yaradır” – bəyanatda deyilir.

Kasprşikin təqdim elədiyi monitorinqlə bağlı hesabatda bildirilir ki, 2015-ci ilin yanvarında 12 qurban və 18 yaralı qeydə alınıb ki, bu da 1994-cü ildə imzalanan atəşkəs anlaşmasından sonra ən yüksək göstəricidir. “60 nəfərin həlak olduğu 2014-cü ildən sonra biz bu tendensiyanın davam eləməsindən narahatıq. Konfliktin hərbi yolla həlli yoxdur və biz tərəfləri güc metodlarından istifadəni dayandırmağa çağırırıq”, - deyə sənəddə daha sonra bildirilir.

Sənəddə Minsk Qrupu həmsədrlərinin ATƏT sədrinin tam dəstəyi ilə konfliktin yekun həllinə gətirəcək danışıqlar prosesini sürətləndirməyə hazır olduğu qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol