Menu

“Rusiya təcrid olunacaq”- ABŞ vitse-prezidenti

07.02.2015, 23:01
“Rusiya təcrid olunacaq”- ABŞ vitse-prezidenti

Rusiya Ukrayna ilə bağlı siyasətini dəyişməyəcəyi təqdirdə təcrid oluna bilər.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ vitse-prezidenti Co Bayden bildirib.

“Tam səmimi demək istərdim ki, kollaps yaratmaq yaxud Rusiyanın iqtisadiyyatını zəiflətmək ABŞ-ın məqsədi deyil. Lakin Rusiya prezidenti Vladimir Putin sadə seçim etməlidir: Ukraynanı rahat buraxmalı, yaxud uzunmüddətli təcridin və öz evində dərinləşən iqtisadi problemlərin qurbanı olmalıdır”, deyə Bayden Münhen təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol