Menu

Bağdadda silsilə partlayışlar- 40 nəfər ölüb, 86 nəfər yaralanıb

08.02.2015, 00:23
Bağdadda silsilə partlayışlar-  40 nəfər ölüb, 86 nəfər yaralanıb

Bu gün İraqın paytaxtı Bağdadda törədilmiş bir neçə partlayış nəticəsində 40 nəfər ölüb, 86 nəfər yaralanıb.APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, terrorçu-kamikadze özünü Bağdadın şərqində partladıb, nəticədə 22 nəfər ölüb, azı 45 nəfər yaralanıb.

Daha bir partlayış şəhərin mərkəzində törədilib, nəticədə azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.Üçüncü partlayış İraq paytaxtının cənub-qərbində baş verib, 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol