Menu

"Boko Haram" təhlükəsi prezident seçkilərini təxirə saldı

08.02.2015, 09:08
"Boko Haram" təhlükəsi prezident seçkilərini təxirə saldı

Nigeriyada prezident seçkilərinin vaxtı 6 həftə müddətinə təxirə salınıb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, fevralın 14-də keçiriləcəyi planlaşdırılan səsvermə martın 28-nə təyin edilib.

Prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı qərar təhlükəsizlik məsələləri baxımından verilib. Hazırda ölkənin şimal-şərqində “Boko Haram” terror qruplaşmasına qarşı irimiqyaslı əməliyyat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol