Menu

İstanbulda gecə əməliyyatı

08.02.2015, 13:36
İstanbulda gecə əməliyyatı

Meqapolisdə geniş tərkibli əməliyyat: 229 nəfər saxlanıldı

Türkiyədə geniş tərkibli əməliyyat həyata keçirilib. ANS-in məlumatına görə, İstanbul Polis İdarəsi şöbə müdirliyi tabeliyində olan 39 rayon üzrə 4 min nəfərlik polis qrupları iki gün davam edən əməliyyatda 21-dən çox şübhəlini saxlayaraq üzərində yoxlama keçirib, 229 nəfəri müxtəlif cinayət hadisələri ilə əlaqədar yaxalamalı olublar.

Bundan başqa, ümumi olaraq saxlanılanlardan 18 silah, o silahlara aid 55 güllə, 615 qram narkotik maddə, 2 oğurluq avtomobil, 2 oğurluq motosiklet və 4 min paketdən çox qanunsuz siqaret ələ keçirilib. 408 iş yeri yoxlanılıb.

Axtarışlar zamanı 5 nəfər hərbi xidmətdən yayınan şəxs də polis əməliyyatı zamanı müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol