Menu

Rəsmi Moskva sənədlərə reaksiya verdi

08.02.2015, 21:09
Rəsmi Moskva sənədlərə reaksiya verdi

Ukrayna prezidenti Pyotr Poroşenko Münxendə keçirilən Təhlükəsizlik üzrə konfransda çıxışı zamanı hər iki əlində tutduğu sənədləri yuxarı qaldıraraq Rusiyanı ittiham edib.

O, deyib ki, bu pasportlar və hərbi biletlər Rusiyadan gələrək Ukraynada döyüşən zabitlərin sənədlərdir. Bu sənədlər bir daha göstərir ki, Ukraynada separatçılar adından döyüşən Rusiya hərbçiləridir.

Bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən Viktor Sorokin deyib: “Biz Ukrayna tərəfindən xahiş etdik ki, nümayiş etdirilmiş sənədlərin surətin bizə versinlər. Çünki belə sənədləri asanlıqla satın almaq olar. Həmin sənədləri ciddi sübut kimi qəbul etməyə dəyməz. Müraciətimizə baxmayaraq, hələ də Ukrayna tərəfi həmin sənədlərin surətin bizə təqdim etməyib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol