Menu

Azərbaycan nefti 60 dolları keçdi

09.02.2015, 08:51

oil_imageNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,56 artaraq 52,25 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar bahalaşaraq 58,05 dollar olub.

Fevralın 6-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 60,07 dollara satılıb. Məlumata görə, bu, fevralın 5-də qeydə alınmış qiymətdən 0,73 dollar çoxdur.

Xatırladaq ki, 2015-ci ilin dövlər büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol