Menu

Hərbi hissəyə hücum planı ifşa olundu

09.02.2015, 09:25
Hərbi hissəyə hücum planı ifşa olundu

Tunisdə mülki vətəndaşlara hücum etməyi planlaşdıran dəstə üzvləri həbs olunub

Ölkənin Daxili İşlər Nazirliyi anti-terror əməliyyatları zamanı 32 nəfərin saxlanıldığını bildirib. Şübhəlilər bir müddət əvvəl Suriyada hökumətə qarşı gedən döyüşlərdə iştirak ediblər. Onların bəziləri "əl-Qaidə" ilə əlaqəlidir.

“Anti-terror briqadası təhlükəsizlik qüvvələrinə qarşı planlaşdırılan hücumların qarşısını aldılar. Ordumuz terrorizmlə mübarizəyə tam hazırdır. Onlar indiyə qədər müxtəlif hücum planları hazırlayıblar. Lakin planları hökumətin ayıq-sayıqlığı nəticəsində baş tutmayıb” - deyə nazirlik rəsmisi Məhəmməd Əli Ərui bildirib.

Bu, Tunisdə yeni formalaşan hökumətin ilk irihəcmli anti-terror əməliyyatları olub.

Məlumata görə, Tunisdən indiyə qədər Suriya və İraqda döyüşlərə 3 mindən çox mücahid qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol