Menu

General hava hücumları barədə açıqlama verib

09.02.2015, 10:29
General hava hücumları barədə açıqlama verib

İordaniya generalı hava hücumları barədə açıqlama verib

İordaniya İŞİD-in keçən həftə pilotun yandırılmasını göstərən videosunu yaymasından bəri yaraqlıların hədəflərinə qarşı 56 hava hücumu həyata keçirdiyini bildirib.

General Mənsur Əl-Cabur deyib ki, hava qüvvələri öldürülən pilot Muaz Əl-Kasabenin "qisasını alıb". Caburun sözlərinə görə, qırıcı təyyarələr İŞİD-in təlim düşərgələrini, partlayıcı maddələr və yanacaq depolarını vurub.

Cabur keçən ilin sentyabr ayında İordaniyanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmasından bəri 7 mindən çox İŞİD yaraqlısının öldürüldüyünü bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə dünən F-16 qırıcı təyyarələri squadronu göndərib. Məlumatı dövlət xəbər agentliyi yayıb.

İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İŞİD tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil ("Amerikanın səsi").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol