Menu

Media maqnatı öldü

09.02.2015, 10:43
Media maqnatı öldü

Mario Vaskes Ranya həm də Meksika Olimpiya Komitəsinin ömürlük fəxri prezidenti

Dünyanın ən böyük media maqnatlarından biri dünyasını dəyişib. ANS-in məlumatına görə, meksikalı Mario Vaskes Ranya 82 yaşında vəfat edib.

Media maqnatı həm də Meksika Olimpiya Komitəsinin ömürlük fəxri prezidenti idi. O, bazar günü keçinib.

Vaskes Ranya 1932-ci ildə anadan olub. O, jurnalist, meksika redaktorlar asossasiyasının prezidenti olub. O, Rusiyanın "Dostluq ordeni" ilə də təltif edilib. 2006-cı ildə Rusiya prezidenti Vladimir Putindən də müsahibə alıb.

90-cı illərin əvəllərində Vaskes "tarixlə dialoq" adlı silsiləvi müsahibələr edib.

O, 70 çap və 30 radiostansiyanı birləşdirən dünyanın ən böyük nəşriyyat qruplarından biri olan "Organizacion Editorial Mexicana"ya rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol