Menu

Bakıda çay evində qanlı dava: ölən var

09.02.2015, 12:08
Bakıda çay evində qanlı dava: ölən var

Bakıda çay evində qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 6-da saat 01:45 radələrində, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahlar Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Emin Musayev, 1992-ci il təvəllüdlü Loğman Rəhimov və 1993-cü il təvəllüdlü Abdulla İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol