Menu

Azərbaycanlı kursant Rusiyada itkin düşüb - Foto

09.02.2015, 16:55
Azərbaycanlı kursant Rusiyada itkin düşüb - Foto

Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib. APA-nın məlumatına görə, şəhər üzrə Daxili İşlər Nazirliyi İdarəsi 1992-ci il təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin düşdüyünü bəyan edib.

O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır. 25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri məlum deyil.

Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol