Menu

Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri sona çatıb

09.02.2015, 18:51
Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri sona çatıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair müşavirə keçirilib.

Toplantıda çıxış edən müdafiə naziri döyüş şəraitinə maksimal uyğun, praktiki atışlarla icra olunan təlimləri təhlil edərək şəxsi heyətin döyüş hazırlığını, peşəkarlığını yüksək qiymətləndirib. Belə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol