Menu

"Bu, uşaq nağılıdır" - Bəşər Əsəd

10.02.2015, 15:23

Bashar00Bəşər Əsəd: "Terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik"

Suriya prezidenti Bəşər Əsəd İŞİD-ə qarşı koalisiyaya qoşulmayacaq. ANS-in məlumatına görə, Bəşər Əsəd BBC-ə müsahibəsində belə deyib: "Yox, qətiyyən yox. Bizim belə istəyimiz yoxdur və olmayacaq da. Bircə sadə səbəbə görə - terrorçuluğu dəstəkləyən ölkələrlə eyni koalisiyada ola bilmərik".

Suriya prezidenti İŞİD qruplaşmasına qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyadan mesajlar aldığını açıqlayıb. O deyib ki, sentyabr ayında Suriyada hava hücumunun başlanmasından bəri koalisiya ilə birbaşa əməkdaşlıq etməyib.

Bəşər həmçinin Suriya hökumət qüvvələrinin üsyançıların əlində olan ərazilərə fərq qoymadan çəllək bombası ataraq minlərlə mülki şəxsi qətlə yetirməsi barədə xəbərləri təkzib edib: "Bu ittihamı uşaq nağılı adlandırıram. Bizim bombalarımız, raketlərimiz və güllələrimiz var, lakin çəllək bombası deyə bir şey yoxdur. Bir sözlə, bizdə çəllək yoxdur".

Xatırladaq ki, ABŞ-ın rəhbərliyi altında bir çox koalisiya ölkələri cənab Əsədlə əməkdaşlıqdan imtina edib. Onlar həmçinin 2011-ci ildə ölkədə başlanan üsyanlar səbəbilə Suriya prezidentindən istefa verməyi tələb etmişdi. Lakin ötən il İŞİD-in Suriya və İraqda güclənməsindan sonra rəsmilər Suriya lideri ilə əməkdaşlığa çalışıb. Buna baxmayaraq, Əsəd İŞİD-i dağıtmaq və məhv etməyə çalışan beynəyxalq koalisiyaya qoşulmaqdan imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol