Menu

Suriyanın pulu 240 faiz dəyərdən düşüb

10.02.2015, 20:03
Suriyanın pulu 240 faiz dəyərdən düşüb

ABŞ dolları qarşısında son dörd ildə təxminən 240 faiz dəyərdən düşən Suriya lirəsi, xalqın alıcılıq qabiliyyətini aşağı salaraq həyat şərtlərini daha da çətinləşdirir.

Suriyada 2011-ci ilin Mart ayından bu yana davam edən müxalif aksiyaların həmin ilin Avqust ayında daxili müharibəyə çevrilməsindən sonra Suriya Lirəsi (SYP) ABŞ Dolları qarşısında təxminən 240% dəyərdən düşüb.

Bu vəziyyət bir çox sektora mənfi təsir göstərməklə bərabər, xalqın həyat şərtlərini də ağırlaşdırır. SYP-nin dollar qarşısında hər ötən gün dəyərdən düşməsi, Suriyanın Hələb vilayətinə bağlı PYD nəzarətindəki Afrin rayonu sakinlərinin satınalma gücünü salaraq, xalqın iqtisadi böhrana düşməsinə səbəb olub. Afrin rayonu İqtisadiyyat Komitəsinin üzvü iqtisadçı Celenk Ömər, ölkədəki vətəndaş müharibəsi səbəbilə rayona köç edən əhalinin sayının 650 mindən 1 milyona yüksəldiyini qeyd edib. O, artan əhalinin bu vəziyyət qarşısında olduqca sıxıntı yaşadığını söyləyib.

2011-ci ilin Mart ayından əvvəl 47 SYP olan 1 ABŞ dollarının, 2015-ci ilin əvvəlindən etibarən 225 SYP-yə çatdığını qeyd edən Ömər, böhranın başladığı ildən bu yana milli valyutanın 5 dəfə dəyərdən düşdüyünü bildirib:

“Bunun səbəbləri ölkədəki vətəndaş müharibəsi, müharibə nəticəsində iqtisadiyyatın son dövrdə yaşadığı qeyri-stabillik, beynəlxalq ictimaiyyətin və Ərəb dünyasının Suriya rejiminə tətbiq etdiyi iqtisadi sanksiyalardır. İqtisadi sanksiyalar nəticəsində ölkənin neft ixracı başda olmaqla xarici ticarəti azalmışdır. Suriya Mərkəzi Bankının lirənin dəyər itirməsi qarşısında apardığı siyasət də uğursuz sayıla bilər”. /"marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol