Menu

Obamadan Poroşenkoya dəstək gəldi

11.02.2015, 00:09
Obamadan Poroşenkoya dəstək gəldi

Ağ Evə yaxın mənbə bildirib ki, bu gün ABŞ prezidenti Barak Obama Ukrayna prezidenti Pyotr Poroşenkoya zəng edib. Onlar Minsk görüşü ərəfəsində fikir mübadiləsi aparıblar. ABŞ prezidenti bildirib ki, Amerika Ukraynaya nəzərdə tutulmuş maliyyə yardımın həyata keçirəcək.

Ukrayna prezidentinin mətbuat katibi bildirib ki, tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər və bildiriblər ki, Rusiya Minskdə əldə olunmuş sülh sazişinə əməl etməlidir.

Prezident Obama Ukrayna vətəndaşlarının ölümü ilə bağlı Ukraynalı həmkarına başsağlığı verib. Tərəflər “normand formatı”nda sabah Minskdə keçiriləcək görüşdə irəliləyişin olacağına ümid etdiklərin bildiriblər. Fransa və Almaniya liderlərinin Ukraynan böhranının aradan qaldırmaq üçün gördüyü işləri yüksək dəyərləndiriblər.

Tərəflər razılığa gəliblər ki, Minskdə “normand formatı”nın görüşündən sonra təkrar və mütəmadi əlaqə saxlasınlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol