Menu

Erməni "qanuni oğru" Moskvada həbs edildi

11.02.2015, 10:32
Erməni "qanuni oğru" Moskvada həbs edildi

Edik Asatryan 3 il həbs cəzası verilib

Rusiyanın paytaxtı Moskvada saxlanılan erməni narkobaron Edik Asatryan 3 il həbs cəzası verilib. ANS-in məlumatına görə, cinayət aləmində Edik Tbilisski və Edik Osetrina kimi tanınan erməni "qanuni oğru"ya Moskva məhkəməsində hökm oxunub.

46 yaşlı Asatryan külli miqdarda narkotikin saxlanılmasında günahlandırılaraq 3 il azadlıqdan məhrum edilib.

O, 6 avqust 2014-cü ilə Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Moskvanın "Barry White" restoranında saxlanılmışdı. Saxlanılarkən üzərində kokain aşkarlanmışdı.

Edikin tutulmasından bir müddət əvvəl onun tərəfdaşları Qunca, İlqar və Züzya həbs edilmişdi.

Eduard Asatryan əvvəllər də dəfələrlə müttəhim kürsüsündə əyləşib. O, öldürülmüş məşhur "qanuni oğru" Ded Hasanın düşmənləri ilə birləşərək ona qarşı koalisiyaya başçılıq edirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol