Menu

Neft yenə də ucuzlaşdı

11.02.2015, 23:27
Neft yenə də ucuzlaşdı

Brent markalı neft 3,9 faiz azalaraq 54,67 dollara düşüb

Bu gün dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşüb. ANS PRESS-in məlumatına görə, bu ABŞ-da xammalın kommersiya ehtiyatları üzrə məlumatların nəşri ərəfəsində baş verib.

Məlumata əsasən, Brent markalı neftin 1 bareli qiyməti mart ayının fyuçers qiyməti 3,9 faiz azalaraq 54,67 dollara düşüb.

WTI markalı yüngün neftin 1 barelinin qiyməti isə 3,2 faiz azalaraq 48,91 dollar təşkil edib.

Markalar fevralın 5-dən müvafiq olaraq 55 və 50 dollarlıq psixoloji həddən aşağı düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol