Tərəflərin fevralın 14-dən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəldiyi bildirilir
“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənədin imzalanması gözlənilir.
Razılaşdırılmış sənədin Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu təmas qrupuna verildiyi bildirilir. Onların da sənədə imza atması nəzərdə tutulub.
“Kommersant” qəzetinin xəbərinə görə, tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib

Ukrayna XİN nümayəndəsi danışıqların gedişində fasilə zamanı jurnalistlərə onun gərgin keçdiyini deyib. Danışıqlarda tərəflərin toqquşduğu məqamlar barədə mətbuata məlumat sızıb. Bunlar sərhəd xəttinin haradan keçəcəyi, sərhəd-buraxılış məntəqələrinə nəzarət, Rusiya hərbçiləri və hərbi texnikasının Donbasdan çıxarılması, regiona muxtariyyatın verilməsi kimi məsələlərdir.

Kiyev tələb edir ki, Rusiya regiona yeritdiyi hərbi texnikaları və hərbçiləri geri çıxarsın. Moskva isə israr edir ki, regionda Rusiya hərbçiləri və hərbi texnikası yoxdur.
Kiyev Rusiya ilə sərhəddə özünün tam nəzarətini istəyir ki, oradan silah və döyüşçü axınının qarşısını alsın. Moskva isə hesab edir ki, əsas sərhəd məntəqələrinə separatçı rejim nəzarət etməlidir.
Regiona muxtariyyat verilməsinə gəlincə, Kiyev əmin edir ki, geniş muxtariyyata hazırdır. Lakin Rusiya buna zəmanət və regiona qarşı maliyyə blokadasının götürülməsini istəyir.
-------
Reuters diplomatik mənbəyə istinadla xəbər verir ki, Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri Minsk danışıqlarından sonra sənəd imzalaycaqlar. Ukrayna böhranı üzrə danışıqlar bütün gecəni davam edib. Mənbə sənədin mahiyyətini açıqlamayıb.
Belarus paytaxtında keçən görüşə Petro Poroshenko, Vladimir Putin, Angela Merkel və Francois Hollande qatılıb.
Ukrayna prezidentinin müşaviri Valeriy Chaly facebook-da yazıb ki, danışıqlar azı daha beş-altı saat çəkə bilər.
Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb. Ukraynanın şərqində baş verənlər Soyuq Müharibədən bəri Moskva ilə Qərb arasında ən gərgin qarşıdurmanı yaradıb.
-----
Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Minskdə gərgin sammiti fevralın 12-nə keçən gecəyədək çəkib.
Tərəflər Ukraynanın şərqində 10 aylıq müharibəyə son vermək planını dartışırlar.
Belarus paytaxtında keçən görüşə Petro Poroshenko, Vladimir Putin, Angela Merkel və Francois Hollande qatılıb.
Poroshenko danışıqlardan əvvəl deyib ki, bu görüş Ukraynanın şərqində vəziyyətin “nəzarətdən çıxmasını” əngəlləmək üçün son şansdır.
Bakı vaxtıyla gecə saat 4-də danışıqların səkkizinci saatı başlanıb. Dörd lider Mİnskdəki prezident sarayında bir otaqda müşavirləri olmadan danışıblar.
Ukrayna prezidentinin müşaviri Valeriy Chaly facebook-da yazıb ki, danışıqlar azı daha beş-altı saat çəkə bilər.
------

Qeyd edək ki, bu saatlarda Minskdə Ukrayna Prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Rusiya Prezidenti Vladimir Putin arasında Donetsk böhranı ilə bağlı görüş keçirilir.
Görüşün yaddaqalan məqamlarından biri isə Putin əyləşmək istəyərkən, Lukaşenkonun kreslonu onun altından dartması olub.


Şərhlər