Menu

Neft buruğunda partlayış: 3 ölü, 6 yaralı

12.02.2015, 09:39
Neft buruğunda partlayış: 3 ölü, 6 yaralı

Braziliyanın cənub-şərqində “Petrobras” şirkətinin neft buruğunda partlayış baş verib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 6 nəfər itkin düşmüş hesab edilir.

Qeyd olunur ki, 32 fəhlə xilas olunaraq neft platformasından Vitoriya ştatına gətirilib. Hadisəyə ilkin səbəb kimi platformada istifadə olunan nasoslardan qaz sızması göstərilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol