Menu

İŞİD 23 nəfəri diri-diri yandırdı

12.02.2015, 11:58
İŞİD 23 nəfəri diri-diri yandırdı

İŞİD terror təşkilatı iordaniyalı pilot Muaz Kəsəsibədən sonra daha 23 nəfəri diri-diri yandırıb.AzVision.az xəbər verir ki, İraq İnsan Hüquqları Təşkilatının yaydığı məlumata görə, terror təşkilatı son bir neçə həftədə edam məhkumlarını xalqın gözü qarşısında yandırıb.

Bildirilir ki, İŞİD-in bu hərəkəti təşkilata qarşı çıxanları qorxutmaq və onlara göz dağı vermək məqsədi güdür.

Belə ki, İŞİD fevralın 5-i Mosulda Maseri kəndində naməlum səbəbdən tutduğu 20-27 yaş arası 6 gənci qazdıqları çuxura ataraq xalqın gözü önündə yandırıb. Səlahəddin vilayətində isə 7 nəfər elektrik dirəyindən asılaraq yandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol