Menu

Şəmkirdə Rusiya vətəndaşında külli miqdarda saxta pul aşkar edilib

12.02.2015, 14:08

1 PULŞəmkir rayonunda Rusiya vətəndaşından külli miqdarda saxta pul götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər qəsəbəsinin ərazisində Rusiya Federasiyası vətəndaşı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 39 ədəd 5000, 25 ədəd 1000 və 10 ədəd 500 rus rublu olan saxta əskinaslar (225000), habelə 1 ədəd 20000, 1 ədəd 10000, 2 ədəd 5000, 2 ədəd 1000, 1 ədəd 500 və 3 ədəd 50 belarus rublu olan saxta əskinaslar (42650) aşkar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol