Menu

Minsk zirvəsindən dərhal sonra dollar ucuzlaşdı

12.02.2015, 15:44
Minsk zirvəsindən dərhal sonra dollar ucuzlaşdı

Ukraynada başa çatan Minsk zirvəsindən və atəşkəsdən dərhal sonra dollarla bağlı hərəkətlilik müşahidə edilib. Belə ki, dollar yenidən ucuzlaşıb.

İstanbul birjasında qiyməti qalxan ABŞ valyutasının məzənnəsi enməyə başlayıb.

Bir dolların 2.50 TL-yə satıldığı birjada hazırda dollar 2.48 TL-yə satılır və analitiklər dolların daha da düşəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, Minsk zirvəsi barədə açıqlama verən Rusiya prezidenti Vladimir Putin atəşkəs elan edilməsi mövzusunda anlaşdıqlarını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol