Yolda aparılan təmir işlərilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Bu gün Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində yol-təmir işlərinə başlanılıb.
Onun sözlərinə görə, hazırda köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılması işləri aparılır.
Bundan əlavə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Qələbə kinoteatrı qarşısında yerləşən dairəyə qədər olan köməkçi yolda da təmir işlərinə başlanılıb.
Pünhan Mürsəliyev əlavə edib ki, bundan başqa, Qələbə kinoteatrı qarşısında yerləşən dairədən Tbilisi prospekti istiqamətində gedən köməkçi yolda da təmir işləri aparılacaq.


Şərhlər