Menu

Seçki videosu ilə bağlı məhkəmə başladı - Video

12.02.2015, 16:04
Seçki videosu ilə bağlı məhkəmə başladı - Video

Fevralın 12-də Yasamal rayon Məhkəməsində 12 saylı seçki komissiyasının üzvlərinin «Azadlıq» qəzeti və Meydan TV-yə qarşı iddiaları ilə bağlı ilk hazırlıq iclası keçirilib.

Bu haqda Azadlıq Radiosuna qəzetin redaktoru Rahim Hacıyev bildirib.

Onun dediyinə görə, məhkəmə fevralın 25-də davam etdiriləcək.

Başda sədr Əfrus Hacıyeva olmaqla komissiya üzvləri hər iki KİV-i onların şərəf-ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiklərini bildirir, 5 min manat təzminat və təkzib verilməsini tələb edirlər.

«Azadlıq» və Meydan TV bu iddiaları qəbul etmirlər.

Ötən il bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı adıçəkilən seçki komissiyasında qanun pozuntusunun şahidi olub və bununla bağlı sədr Əfrus Hacıyevaya sual verib. Komissiya sədri onu məntəqədən qovub.

Sonradan MSK qanun pozuntusunu əsas götürərək bu məntəqə komissiyasında səsvermənin nəticələrini ləğv edib. ​

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol