Menu

Pentaqonun yeni rəhbəri məlum oldu

13.02.2015, 09:08
Pentaqonun yeni rəhbəri məlum oldu

Birləşmiş Ştatlar Senatı yeni müdafiə nazirini 98 səslə təsdiqlədi

Amerika Birləşmiş Ştatları (ABŞ) yeni Pentaqon rəhbərini rəsmən təsdiqləyib. ANS-in məlumatına görə, ABŞ Senatı cümə axşamı günü Eşton Karteri ölkənin yeni müdafiə naziri təyin olunmasını təsdiqləyib. O, Pentaqonun rəhbəri postunda Çak Heyqeli əvəzləyəcək.

Senatın 98 üzvü Karterin leyhinə, 5 üzvü isə əleyhinə əss verib.

ABŞ prezidenti barak Obama ötən ili dekabr ayında istefa verən Çak Heygelin əvəzinə 60 yaşlı Karteri namizəd kimi göstərmişdi.

ABŞ müdafiə nazirliyində 2011-2013-cü illərdə Pentaqon rəhbəri köməkçisi kimi işləyən Karter həm Heygel, həm də sələfi Leon Panetta ilə çalışıb. O, Pentaqonda müxtəlif vaxtlarda bir sıra vəzifələrdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol