Menu

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

13.02.2015, 09:27
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutuldu

İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.

Məlumata görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.

Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.

Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşları olduğu bildirilib. Onların 2-3 günə Türkiyədən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada İŞİD-ə qoşulmaq istəyən 14 nəfərin yaxalandığı barədə məlumat verilmişdi (anspress).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol