Menu

Sumqayıtın maşın bazarında yanğın: bir neçə dükanın malları külə döndü

13.02.2015, 10:20
Sumqayıtın maşın bazarında yanğın: bir neçə dükanın malları külə döndü

Sumqayıt maşın bazarında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyiə istinadən verdiyi xəbərə görə, yanğın Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində baş verib.

Nəticədə biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanıb. Ərazidə olan tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol