Misir prezidenti Əbdülfəttah Sisi ilə bağlı daha bir səs yazısı mətbuata sızdırılıb. Musavat.com-un məlumatına görə, səs yazısı Sisinin şəxsi katibi Abbas Kamil və hərbi şura üzvü Mahmud Hicazi ilə keçirdiyi iclasa aiddir. Səs yazısında körfəz ölkələrindən alınan puların 30 milyard dollardan çox olduğu bildirilib.
Sızdırılan yeni səs qeydində Abbas Kamil Sisiye Səudiyyə Ərəbistandan daha çox pul istəməyi təklif edir. Kamil bunu dilə gətirərkən, yardımların məhsul halında istənilməsini də təklif edir. Ancaq məlum olur ki, Sisi yardımları pul şəklində almağa üstünlük verir.
Kamil: Məncə yardımları neft, un və digər məhsullarla yüklü gəmilər halında istəyək.
Sisi: Xeyr, Abbas, nağd pul istəyirik. Nağd puldan başqa bir şey gətirmə. Diqqət et və bunları həll et.
Kamil: Siz BƏƏ-dən, Səudiyyə Ərəbistandan və Küveytdən nə qədər aldığımızı bilirsinizmi? Neft və digər yardımları saymasaq, yalnız nağd aldığımız pulu toplasaq, and içirəm, 30 milyard dolları üstələyir.
İlk səs yazısı
Sisi: “Körfəz ölkələri liderləri öz ölkələrinin büdcələrindən də böyük sərvətə sahibdir. 10 milyard dollar istəyirik. Bir 10 milyard Birləşmiş Ərəb Əmirliklərindən, bir 10 milyard da Küveytdən. Ordu hesabına keçəcək 10 milyard dollara ehtiyac var. Pullar Mərkəzi Banka daxil olacaq və 2014-cü ilin hesabı bağlanmış olacaq”.
Abbas Kamil Sisinin bu sözlərinə güləndə Sisi: “Niyə gülürsən? Pul onlarda düyü kimidir” deyirdi.
Həmin səs yazısı, Misir və Körfəz ölkələrində geniş əks-səda doğurmuşdu. Ancaq həm Misir rəhbərliyi, həm də körfəz ölkələrinin liderləri Misir-Körfəz əlaqələrinin zərər görməyəcəyini qeyd etmişdi.


Şərhlər