Menu

Xəzərin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb

13.02.2015, 11:53
Xəzərin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb

Xəzər dənizinin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Lənkəran rayonunun Nərimanabad kəndi ərazisindən 2 nəfər balıqçı balıq tutmaq məqsədilə dənizə çıxıb və geri qayıtmayıb. Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol