Menu

Azərbaycanlı İŞİD-çilər məhkəmədə

13.02.2015, 12:20
Azərbaycanlı İŞİD-çilər məhkəmədə

Qoşqar İsmayılov və Fuad Mövsümovun məhkəməsi Türkiyədə olub

Türkiyədə ötən ilin mart ayında ikisi polis olmaqla 3 nəfəri öldürən İŞİD üzvlərinin məhkəməsi başlayıb. Məhkəmə qarşısına 11 nəfər çıxarılıb. Niğdə də baş tutan prosesdə ittiham edilənlər arasında iki azərbaycanlı da var. Onlar Qoşqar İsmayılov və Fuad Mövsümovdur. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, təhlükəsizlik məqsədilə İŞİD üzvləri məhkəməyə gətirilməyib. Onlarla telekonfrans əlaqəsi yaradılıb.

Məhkəmə mart ayının 5-nə təyin edilib.

İttiham edilənlər adlarını başları ilə təsdiqləyiblər. Daha sonra məhkəmə onlardan vəkillərinin olub-olmadığını soruşub. Makedoniya əsilli alman vətəndaş Benjamin Xuda hakim vəkilinin olub olmadığını soruşub. O isə cavabında "mənim vəkilim Allahdır" deyə cavab verib.

Saxlanılanlar arasında olan Çendrim Ramadan, Muhammed Bakiri isə səssizliyini qoruyub. Azərbaycanlı Fuad Mövsümöv son qərarın məhkəmənin olduğunu deməklə kifayətlənib. O, vəkil tutmaq üçün məhkəmədən zaman istəyib. F.Mövsümov Türkiyəyə işləmək üçün gəldiyini, sabiq yaşayış yeri olduğunu deyərək buraxılmasını istəyib.

İddianaməyə görə, Qoşqar İsmayılov və Fuad Mövsümov silahlı terror qruplaşmasına qoşulma, rəsmi sənədlərdə saxtakarlıqda ittiham ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol