Menu

"Cənub qaz dəhlizi"nin hər bir ölkəsi təhlükəsizliyi təmin etməlidir – Aİ

13.02.2015, 12:52
"Cənub qaz dəhlizi"nin hər bir ölkəsi təhlükəsizliyi təmin etməlidir – Aİ

"Cənub qaz dəhlizi" layihəsinə daxil olan hər bir ölkə onun təhlükəsizliyini təmin etməlidir. Bunu fevralın 12-də Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç

bildirib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" layihəsi Avropa üçün prioritetdir.

Şefçoviç deyib ki, "Cənub qaz dəhlizi" layihəsinin Məşvərət Şurasının I iclasının iştirakçıları yarana biləcək problemləri müzakirə ediblər.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" layihəsi böyük və mürəkkəb layihədir, ölkələr onun həyata keçirilməsi üçün sıx əməkdaşlıq etməlidirlər.

"Bugünkü görüş faydalı və uğurlu olub. BP və digər şirkətlərin mütəxəssisləri layihənin reallaşdırılması prosesində yarana biləcək çətinlikləri izah ediblər. Razılığa gəldik ki, Avropa Komissiyanın bütün nazirlərlə əməkdaşlıq çərçivəsində hazırladığı fəaliyyət planı üzrə işləyəcəyik. Aİ üçün "Cənub Qaz Dəhlizi" yeganədir, hazırda onun üzərində iş gedir"., - deyə Avropa Komissiyasının vitse-prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol