Menu

Bakının baş baytarı işdən çıxarıldı

06.12.2013, 20:13
Bakının baş baytarı işdən çıxarıldı

Bakı Şəhər Baytarlıq İdarəsinin 4 işçisi tutduğu vəzifədən azad edilib”. Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Y . Xanvəli bildirib ki, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev öz ərizələri ilə işdən azad olunublar: “Mədət Qocayev Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın əmri, digər 3 nəfər isə nazir Heydər Əsədovun əmri ilə işdən azad ediliblər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol