Menu

“Minsk razılaşması reallaşsa, donuzlar uçmağa başlayacaq…” - Mekkeyn

13.02.2015, 18:22
“Minsk razılaşması reallaşsa, donuzlar uçmağa başlayacaq…” - Mekkeyn

Amerikalı konqresmenlər Ukraynaya dair Minskdə, fevralın 12-də əldə olunmuş anlaşmaya skeptik yanaşırlar. Musavat.com-un xarici informasiya mənbəyinə istinadla verdiyi xəbərə görə, Senatın Silahlanma məsələlərinə dair komitəsinin sədri Con Makkeyn razılaşmaları “reallaşdırılması mümkün olmayan” öhdəliklər adlandırıb.

“Mənə bu, yerinə yetiriləsi mümkün olmayan öhdəliklər kimi görünür. Bu, yamaqdır və güman edirəm ki, heç bir həftə sürməyəcək. Əgər reallaşması baş versə, donuzlar uçmağa başlayacaq”, – deyə Makkeyn ağır texnikanın qarşılıqlı şəkildə geri çəkilmə öhdəliyini şərh edərkən söyləyib.

Öz növbəsində senator Lindsi Qrem hesab edir ki, anlaşma “Ukraynanı zorla parçalamaq” niyyəti güdür. Onun sözlərinə görə, danışıqlarda Fransa və Almaniyanın iştirakı Rusiya ilə iqtisadi əlaqələri saxlamaq istəyindən qaynaqlanıb və bu zaman “regional sonuclar” və “mənəvi imperativ” nəzərə alınmayıb.

Qeyd edək ki, hər iki senator Ukraynanın Rusiyaya qarşı silahlandırılmasının tərəfdarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol