Menu

İŞİD-dən ABŞ bazasına hücum

13.02.2015, 20:19
İŞİD-dən ABŞ bazasına hücum

Terrorçular Amerika əsgərlərinin yerləşdiyi bazaya hücum edib

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın qərbində "Ayn-Əl-Əsəd" təyyarə bazasına hücüm edib.

ANS PRESS-in məlumatına görə, hücum edilən bazada hərbi təlimatçı kimi İraqa gələn ABŞ ordusunun 300 dən çox dəniz piyadaçısı qalır.

"Partlayıcı maddəyə sarınmış İŞİD döyüşçüləri "Ayn-Əl-Əsəd" təyyarə bazasına girməyə çalışıb. Atışma nəticəsində 8 İŞİD döyüşçüsü öldürülüb”, - deyə əyalətdə hərbi mənbəyə istinadən "Skynews" telekanal bildirir.

Telekanalın məlumatına görə, aviabaza hücumdan əvvəl minaatanlarla atəşə məruz qalıb. Bir gün əvvəl döyüşçülər paytaxt Bağdad şəhərinin ətrafında yerləşən bir çox məntəqələri tutublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol