Menu

Əlövsət Sadıqlı və oğlu həbs edildi

13.02.2015, 22:09
Əlövsət Sadıqlı və oğlu həbs edildi

Müsavat Partiyasının keçmiş üzvü Əlövsət Sadıxlının oğlu Elgiz Sadıqov bu gün səhər saatlarında həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb. Hazırda Əlövsət Sadıqlının özü də Sabunçu rayon polis bölməsinə gətirilib.

Ə.Sadıqlı bölmədəykən “musavat.com”un əməkdaşları ilə telefonla danışa bilib. “Oğlum Tural və mənim fəaliyyətim barədə yəqin ki, məlumatınız var. Almaniyada keçirilən piketdən xəbəri olmayan yoxdur. Oradakı piketdə iştirak edən mühacirlərin Azərbaycanda yaşayan yaxınlarının həbsinə başlanılıb. Bu gün tezdən oğlumu saxladılar. Narkotik adı ilə. Sonra məni bölməyə

çağırdılar. Dedilər ki, otur çayxanada, çağıranda gələrsən. İndi də məni şərləmək istəyirlər”, - deyə o bildirib.

Danışığın bu yerində əlaqə kəsilib. Telefona düşən səslərdən ayırd etmək olub ki, polislər danışığa mane olurlar.

Qeyd edək ki, Əlövsət Sadıqlının digər oğlu Tural Sadıqlı hazırda Almaniyada yaşayır. O, orada yaşayan mühacirlərin yaratdığı ADDA təşkilatının sədridir.Əlövsət Sadıqlının Almaniyada mühacirətdə olan digər oğlu Tural Sadıqlı özünün facebook səhifəsində atasının və qardaşının başına gələnlərlə bağlı məlumat paylaşıb.

Həmin statusu olduğu kimi diqqətinizə çatdırırıq:"Atam Əlövsət Əhədoğlu polisə müqavimət, qardasım Elgiz Sadıqov isə narkotik ittihamı ilə şərlənərək, həbs olunublar. " (Musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol