Menu

Alman silahları PKK-nın əlində

14.02.2015, 09:50
Alman silahları PKK-nın əlində

Rəsmi Berlin Peşmərgələrə yenidən silah göndərməyə hazırlaşır

Almaniya tərəfindən İŞİD-ə qarşı döyüşən Peşmərgə qüvvələrinə göndərilən silahlar PKK terrorçularının əlinə keçib. ANS PRESS-in məlumatına görə, bu barədə Spiegel jurnalı yazır. Bildirilir ki, PKK-çılar tank əleyhinə raketlər, əl qumbaralarını ələ keçirib.

Dərginin yazdığına görə, Almaniya hökuməti Peşmərgəyə yenidən 500 ədəd tank əleyhinə raketlər, 200 ədəd bazuka, 2400 ədəd silah-sursat, 4000 ədəd avtomat, 2 milyon mərmi, 10 min ədəd əl qumbarası göndərməyə hazırlaşır.

Qeyd edək ki, İŞİD-lə Peşmərgə qüvvələri arasında keçən ildən bu yana şiddətli döyüşlər gedir. Döyüşlər əsasən Suriyanın Kobani şəhəri uğrunda aparılır. İŞİD bir müddət Kobanidə irəliləsə də sonradan geri çəkilməyə məcbur oldu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol