Menu

ABŞ Ərdoğanın çağırışına cavab verdi

14.02.2015, 18:52
ABŞ Ərdoğanın çağırışına cavab verdi

ABŞ-ın Dövlət katibinin sözçüsü Cen Psaki Rəcəb Tayyib Ərdoğanın tənqidlərini qətiyyən qəbul etmədiklərini söyləyib. Axar.az xəbər verir ki, o bu sözləri paytaxt Vaşinqtonda təşkil edilmiş mətbuat konfransında deyib:

"Dualarımız və düşüncələrimiz qurbanların ailələri və dostları ilədir. Şapel Hildə yaşayan insanların bu ağrılı ailəyə göstərdiyi dəstək bizi dərindən təsirləndirir. Əlbəttə ki, hadisə araşdırılır. Lakin heç kim Kerinin, bu binada çalışanların, insan olaraq bu ailə üçün nələr hiss etdiyini söyləyə bilməz".

Jurnalistin "Ərdoğanın sözlərinə nə deyəcəksiniz", - sualına isə Psaki "bir az öncə dediklərimi" deyə cavab verib: "Ərdoğanın tənqidlərini qəbul etmirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol