Bizimyol.info xəbər verir ki,Türkiyənin Mersin şəhərində universitet tələbəsi 20 yaşlı Özgecan Aslana təcavüz edən və daha sonra isə yandıraraq dərəyə atan mikroavtobusun sürücüsü Suphi həbs edildi. 33 B 8756 markalı mikroavtobusun sürücüsü Suphinin 26 yaşı var.
Qeyd edək ki, universitet tələbəsi 20 yaşlı Özgecan Aslan evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı gənc, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. İddialara görə, mikroavtobus sürücüsü və onun yanında olan digər 2 şəxs gənc qızı qaçırıblar. Qızı meşəlik əraziyə aparan 3 şəxs onu döyərək, təcavüz ediblər. Daha sonra isə yandıraraq dərəyə atıblar.


Şərhlər