Menu

Donbasda 600 separatçı öldürüldü

15.02.2015, 14:50
Donbasda 600 separatçı öldürüldü

13 və 14 fevral tarixlərində, atəşkəsə qədər olan son iki sutkada anti-terror əməliyyatı zamanı ümumilikdə 600 separatçı məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-terror Əməliyyatı Mərkəzinin Feysbuk səhifəsində yazılıb.

“2 gün ərzində baş verən qarşıdurmalar zamanı qanunsuz hərbi birləşmələr ciddi itkilər verib. 600 separatçı məhv edilib, 200 nəfərdən çox yaralanıb”, - məlumatda qeyd olunub.

Bundan başqa, Anti-terror Əməliyyatının Qərargahı bu müddət ərzində separatçıların 30-dan çox hərbi texnikasının məhv edildiyini bildirib.

"Ukraynanın şərqində döyüşən separatçılar bəzi NATO və Avropa dövlətlərinin orduları ilə müqayisədə daha yaxşı silahlanıblar". Bunu isə xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştalarının Rusiyadakı səfiri öz twitter səhifəsində yazıb.

Səfirlik izah edib ki, söhbət tanklardan, zirehli transportyorlardan, ağır artilleriya və raketlərdən gedir.

Ancaq separatçıların silahlanmaya görə konkret hansı ölkələrin ordusunu üstələdiyini diplomatik nümayəndəlik dəqiqləşdirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol