Menu

Qubad İbadoğlunun Vaşinqton görüşləri davam edir

15.02.2015, 21:24
Qubad İbadoğlunun Vaşinqton görüşləri davam edir

İqtisadçı ekspert Qubad İbadoğlunun ABŞ-ın paytaxtı Vaşinqtona səfəri yekunlaşır. Səfərin son günlərində Q.İbadoğlu “Ödədiyini Açıqla” və Oxfam ABŞ tərəfindən təşkil olunan müzakirələrdə iştirak edib. O, “Mədən Sənayesində Şəffaflq Təşəbbüsü”nün iştirakçıları üçün nəzərdə tutulan “Vətəndaş cəmiyyəti protokolu” mövzusunda təqdimatla çıxış edib. Həmçinin, bununla bağlı təbdir iştirakçılarının suallarını cavablandırıb. Bu barədə Musavat.com-a Q.İbadoğlu məlumat verib.

O, bildirib ki, eyni zamanda təbii resurslarla zəngin ölkələrdə gəlirlərin idarə edilməsi, həmin sektorda mülkiyyət sahiblərinin açıqlanması, əldə edilən məlumatların ictimailəşməsi və bu prosesə ictimai nəzarətin təşkili ilə bağlı müzakirələrə də qatılıb. Q.İbadoğlu səfərinin yekunları ilə bağlı ABŞ-ın bir sıra nüfuzlu qəzetlərinə müsahibələr verib.

Qeyd edək ki, Q.İbadoğlu ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin İnsan haqları, Demokratiya və mülki təhlükəsizlik Katibliyinin, Dünya Bankının yaxşı idarəetmə, BMT-nin Anti-Korrupsiya Koalisiyasnın, Təbii Resursların İdarəedilməsi İnstitutunun, Açıq Büdcə Tərəfdaşlığı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. O, həmçinin çoxtərəfli formatda bır sıra müzakirələrə qatılıb və Azərbaycandakı ictimai-siyasi, eləcə də sosial-iqtisadi durumla bağlı çıxışlar edib. Q.İbadoğlu həmçinin Vaşinqtonda “Amerikanın səsi” televeziyasina da geniş müsahibə verərək bu məsələlərdən danışıb.

İqtisadçı alimin fevralın 13-dən başlayan mədən sənayesində şəffaflıq və açıq hökumət təşəbbüsləri görüşlərdə ilk müzakirələri Şəffaflıq və Hesabatlılıq Təşəbbüsü və Dünya Bankının dəstəyi ilə təşkil olunub. Q.İbadoğlunun səfərin ilk günü iştirak etdiyi konfransda dünyanın mötəbər beynəlxalq təşkilatları- OECD, OGP, EİTİ, İCNL, USAİD, UNCAC, OBP, Tİ, NRGİ, PWYP,OSF, CAFOD, CİVİCUS, Ford Foundation və digərləri təmsil olunub. Onun çıxışı regionda, xüsusilə də Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və onların beynəlxalq təşəbbüslərdə iştirakına həsr olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol