Menu

Sabiq vitse-prezident həbs olundu

16.02.2015, 09:21
Sabiq vitse-prezident həbs olundu

İranın keçmiş vitse-prezidenti korrupsiyaya görə aldığı cəzanı çəkmək üçün Evin həbsxanasına aparılıb. Rəsmi İRNA agentliyinin məlumatına görə, Mohammad Reza Rahimi-ni fevralın 15-də Tehrandakı evindən polislər götürüb və həbsxanaya aparıb.

Rahimi-ni yanvarda İran Ali Məhkəməsi beş illik cəzaya məhkum edib. O, 300 min dollarlıq cərimə, 800 min dollarlıq kompensasiya da ödəməlidir.

Rahimi keçmiş prezident Mahmud Ahmadinejad-ın baş köməkçisi olub. O, İran tarixində məhkum olunmuş ən yüksək rütbəli rəsmidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol