ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana rəsmi səfərə gəlib.
Report.az xəbər verir ki, V.Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Setuka qarşılayıb.
ABŞ Dövlət katibinin müavini Bakıda bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həlli istiqamətində irəliləyişləri müzakirə edəcək.
O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək.

---

ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, o, Bakıda ticarət və investisiyalar sahəsində ikitərəfli münasibətlərin müzakirəsi üçün yüksək vəzifəli rəsmi şəxslərlə görüşlər keçirəcək.
Həmçinin, gündəlikdə energetika, terrorizmə qarşı mübarizə, insan hüquqları və vətəndaş cəmiyyəti problemləri var. Qarabağ nizamlanmasına da toxunulacaq.
Nulandın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçiriləcək.
Fevralın 17-də o, Tbilisiyə yola düşəcək, burada da analoji görüşlər və danışıqlar aparacaq.
Fevralın 18-də Nuland ikitərəfli məsələlərin və Qarabağ nizamlanmasının müzakirəsi üçün Yerevanda olacaq. /Turan


Şərhlər