Menu

Daha bir ölkə Yəməndəki səfirliyini bağladı

16.02.2015, 19:19
Daha bir ölkə Yəməndəki səfirliyini bağladı

Səfirliyin fəaliyyətini dayandırması təhlükəsizliklə əlaqədardır

Yaponiya Yəmənin paytaxtı Sənadakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırıb. ANS PRESS-in məlumatına görə, Yaponiya bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirib. Bu haqda ölkənin Xarici İşlər Nazirliyindən məlumat yayılıb.

Məlumata görə, səfir Katsuyösi Xayasi və daha 4 diplomat artıq ölkəni tərk ediblər. Diplomatik idarənin əməkdaşlarının bir qismi Qətərin paytaxtı Dohada öz fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, indiyədək Yəməndə artıq bir neçə ölkə öz səfirliyini bağlayıb. Bunlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İtaliya, Niderland və Amerika Birləşmiş Ştatlarıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol